Bərdədə itkin düşən qızı qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti aşkarlanıb.

Mia.az xəbər verir ki, sentyabr ayının 1-də 2009-cu il təvəllüdlü Abbaslı Sevinc Rəşad qızının itkin düşməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Sentyabr ayının 3-də S.Abbaslının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlini 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlu tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Onun meyiti oktyabr ayının 7-də Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib(Report).

Faktla bağlı araşdırma aparılır.