Türkiyə superliqasında bir xalla sonuncu yerdə qərarlaşan "Adana Dəmirspor"un prezidenti Murat Sancak vəzifəsindən istefa verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, artıq vəzifəsi ilə vidalaşdığını, yerinə isə Bedirhan Durakın prezident təyin edildiyini açıqlayıb.
İstefa verən Murat Sancak bəyanatında klubda ikitirəliyin olduğunu, digər qrupun klubun "qanını zəli kimi sormağa" çalışdığıını deyərək, sərt ittihamlar irəli sürüb: "Murat Sancak olaraq dünən, bu gün və sabah baş verən bütün hadisələri, oyunda olan, "Adana Dəmirspor"u çete yaradaraq "nəfəsi"ni kəsməyə çaışamlar ahqqında bütün faktları sizə ən qısa zamanda açıqlayacağam. "Adana Dəmirspor"umuz belə demək mümkünsə, onun qanı soran bir qrup tərəfindən bu günə gətrilib. Onların adlarını, nələr etdiklərini bir-bir açıqlamaq boynumun borcudur.
Ayrıca "Adana Dəmirspor" tərəfdarlarına, birlikdə getdiyim, kluba sadiq olan bütün dostlarıma "Lütfən, məni bağışlayın.Haqqım varsa, halal edib. Sizə də haqqınız halal olsun" deyirəm. Maddi mənafeləri üçün ruhunu satan insanlarla yola davam etmək mümkün deyildi...".
Murat Sancaq əlavə edib ki, klubuu tamamilə ələ keçirmək üçün ovuclarını oxalayanlarınplanı baş tutmayacaq: "...o adamlar daha çox gözləyəcəklər... Siz və qardaşlarınız heç vaxt bu klubu ələ keşirə bilməyəcəksiniz. “Adana Dəmirspor"u sizə rəğmən, kluba gerçək məınada sahib çıxacaq adamlara təslim edəcəyəm".
Fərid Aslan
MİA.AZ