Türkiyə Super liqasının 8-ci turund Arda Turanın baş məşqçisi olduğu "Eyüpspor" səfərdə "Konyaspor"la qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Konyaspor" rəqibini 1-0 geriyə düşdüyü matçda son dəqiqə qolu ilə 2-1 məğlub edərək 3 xal qazanıb.

"Eyüpspor" 65-ci dəqiqədə Əhməd Kutucu ilə önə keçib. “Konyaspor” bu qola 72-ci dəqiqədə Yusuf Ərdoğanla cavab verib. 

90+7-də isə Danijel Aleksiç Konya komandasına qələbə qazandıran qola imza atıb.

Onu da qeyd edək ki, 88-ci dəqiqəsində penalti verilməməsinə etiraz edən "Konyaspor"un baş məşqçisi Əli Çamdalı qırmızı vərəqə ilə cəzalandırılıb.

"Konyaspor" bu nəticədən sonra xalını 11-ə yüksəldib. Liqada ikinci məğlubiyyətini alan "Eyüpspor" 12 xalla 7-ci yerdə qalıb.

Konya komandası növbəti turda "Beşiktaş"la, "Eyupspor" isə "Göztepe" ilə qarşılaşacaq.

Fərid Aslan

MİA.AZ