İsrail ordusunun Qəzza zolağının şimalında həyata keçirdiyi hücumda Türkiyənin rəsmi dövlət Agentliyi olan "Anadolu"un operatoru Həsən Həməd həyatını itirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Cibaliye Qaçqınlar Düşərgəsindəki evini bombalaması nəticəsində baş verib.

Əslən fələstinli olan jurnalist Həsən Həmədin qardaşı Məhəmməd Həməd bildirib ki, qardaşı İsrail tanklarının hərəkətini lentə alarkən öldürülüb: "Qardaşımın bədəni atılan bomba nəticəsində parça-parça olmuşçdu. Onu yalnız saçından tanıya bildik...".

Xatırladaq ki, bununla da 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 175-ə yüksəlib.

Tahir Şəlvəli
MİA.AZ