Bu gün Azərbaycan Premyer Liqasında "Qarabağ" səfərdə "Sumqayıt"la qarşılaşıb.

Mia.az xəbər verir ki, Bakı vaxtilə saat 20.00-da başlayan oyunun 78-ci dəqiqəsində yeni oyuna daxil olan Elvin Cəfərquliyev hesabı açıb - 0:1.

Oyun bu hesabla başa çatıb.

Xatırladaq ki, "Sumqayıt" bu oyundan sonra 7 xalla 8-ci yerdə, "Qarabağ" isə 21 xalla lider kürsüsündədir.

Oyundan sonra keçiriilənmətbuat konfransında MİA.AZ-ın əməkdaşı Qurban Qurbanova belə sual verib:

"İkinci hissədə taktiki dəyişiklik etdiniz. Hücumçuları çıxarıb müdafiə xəttini gücləndirdiniz. Nədən buna ehtiyac yarandı? Həmçinin "Sumqayıt" FK turnir cədvəlində 8 xala malikdi, sizin komanda isə 18 xalla liderlik edirdi. Əslində, sizdən zəif komandaya çox çətinliklə bir qol vura bildiniz. Necə düşünürsünüz, daha çox qol vəziyyəti yaratmaq olardımı?

Cavabla aşağıdakı videodan tanış ola bilərsiniz:

Zülfiyyə

MİA.AZ