Hakim yoldaşı ilə cinsi əlaqə görüntüləri yayılan və buna görə Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən ömürlük cəza alan türkiyəli qadın hakim susqunluğunu pozub. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qadın hakim (Adı E.K. kimi göstərilir - Mia.az) ona qarşı irəli sürülən ittihamları rədd edib.

O, indiyə qədər idarə elədiyi oyunların hamısının özəl turnirlər olduğunu, federasiya ilə bağlı yarışlar olmadığını deyib. Əlavə edib ki, yayılan indim xarakterli videodakı qadın o, deyil.

Qadın hakim iddia edib ki, bu proses ona qarşı "tələ"dir: "Aylardır kimliyini ətraflı bilmədiyim şəxs mənimlə təhdidlə "əlaqə" yaratmağa can atırdı. Və onun təhdidlərinə "hə" demədim və belə bir aydın sezilməyən video yayıldı. İntim xarakterli videodakı qadın mən deyiləm..."

Qadın hakim daha sonra təəssüflə bildirib ki, Türkiyədə qadın olmaq və qadın kimi müstəqil yaşamaq çox çətindir: "Mən məktəbi əla qiymətlərlə bitirən, itirəcəkləri çox olan bir qadınam. Mənə pislik etməyə çalışan hər kəsdən uzaqlaşdım, amma görürəm ki, işlər nəzarətdən çıxdı, olmadı. Qadın ölümləri də belə olur, bilirsiniz..."

Xatırladaq ki, TFF onunla yanaşı, intim videodakı İstanbul İl Hakimlər Şurasının sədri O.E-ni də futboldan uzaqlaşladıırb. İddia olunur ki, O.E.  intim münasibətləri olduğu qadın hakimə daha çox matç idarə etməyi həvalə etməsi aralarındakı "sevgi"dən qaynaqlanır.

Fərid ASLAN
MİA.AZ