Dələduzluq edərək hesabına 10 min manat ödətdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhər sakini olan bir nəfər onu aldadan şəxsin öz hesabına 10 200 manat ödətdirməsi barədə polisə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 25 yaşlı Z.Zülfüqarov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.