"Kayserispor" baş məşqçi Burak Yılmazın istefasından sonra komandanın başına Sinan Kaloğlu gətirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub az əvvəl rəsmi açqılama yayıb.
Bildirilib ki, artıq Sinan Kaloğlu ilə anlaşma əldə olunub: "Klubumuz baş məşqçi vəzifəsi üçün Sinan Kaloğlu ilə əl sıxışıb. İnanrııq ki, bu anlaşma həm Sinan Kaloğlu, həm də klubumuz üçün faydalı olacaq".
Xatırladaq ki, "Beşiktaş"a 3:0 hesablı məğlubiyyətdən sonra "Kayserispor"un baş məşqçisi Burak Yılmaz istefa verib.
Fərid ASLAN
MİA.AZ