Bu gün UEFA Avropa Liqasının ikinci tur oyunları çərçivəsində "Qalatasaray" zəif rəqibi ilə oyunda vacib xal itirib.
Mia.az xəbər verir ki, “Qalatasaray”ın səfərdə Latviyanın RFS komandası ilə Bakı vaxtilə saat 20.45-də başlayan oyununun 12-ci dəqiqəsində hesabı açıb.
38-ci dəqiqədə İstanbul komandası daha bir ol vurub- 0:2.
Lakin ev sahibi toparlanaraq cəmi 2 dəqqə sonra fərqi azaldıb - 1:2.
55-ci dəqiqəd isə ev sahibləri hesaba tarazlıq gətirib - 2:2.
Oyun bu hesabla bitirib və "Qalatasaray" ciddi "yara" alıb.
Fərid Aslan
MİA.AZ