Fransanın Lion şəhərinin meriyasından türk azarkeşlərə qarşı gözlənilməz qərar verilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərara əsasən, “Beşiktaş”ın Avropa Liqası çərçivəsində oktyabrın 24-də səfərdə Fransanın “Olimpik Lyon” komandası ilə oyununda türk azarkeşlər stadiona buraxılmayacaq.
Məlumata görə, klub bu əsassız qərarla bağlı UEFA-ya operativ şikayət ünvanlayıb.
Klubdan verilən açıqlamaya görə, Lion merinin bu qərarını duyan kimi hərəkətə keçilib: "Azarkeşlərimiz bilsin ki, həm Lion meriyası, həm də UEFA-ya şikayətlər olunub. Ümidvarıq ki, problem müsbət həllini tapacaq".
Fərid ASLAN
MİA.AZ