Baş məşqçi Burak Yılmazın istefasından sonra başsız qalan "Bellona Kayserispor" bir neçə baş məşqçi ilə danışıqlar aparır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bu gün dünın keçmiş baş məşqçisi Rəcəb Uçarla görüşsə də, anlaşa bilməyib.

Məlumata görə, bu gün isə “Gençlerbirliği”nin sabiq çalışdırıcısı Sinan Kaloğlunu şəhərə dəvət edib: "Kaloğlu ilə danışıqlar klubun bazasında olub. Lakin onlarıln anlaşıb-anlaşa bilmədiyi haqda bilgi verilmir".  

Bəzi iddialara görə, məşqçilik karyerasına “Altay”da başlayan Kaloğlu klubdab düşünmək üçün vaxt istəyib.

Fərid Aslan

MİA.AZ