Bu gün Tribunainfo.az saytının 15 yaşı tamam olur. Sayt 2009-cu ildə təsis olunub. Tribunainfo.az elektron mətbuatın yeni-yeni yarandığı ilk nümunələrdən biridir.
Mia.az xəbər verir ki, bu gün məhdud və fədakar komandası, eləcə də məhdud maliyyə resursları ilə xəbər portalı inkişafdadır, seçilir, operativdir, müasir media trendləri ilə ayaqlaşır.
Tribunainfo.az saytının rəhbəri Əlişir Əhədin sözlərinə görə, indiyə qədər məhdud heyət və məhdud maliyyə resursları hesabına qurduğu bu media orqanını yaşatmağa çalışıb:
“Əsas vəzifəmiz obyektiv və operativ xəbər vermək, dövlətin və xalqın milli maraqlarını informasiya cəbhəsində qorumaq, oxucularımızın arzularını ifadə etməkdir. Çox xoşbəxtəm ki, "Tribuna" ailəsi olaraq, bu hədəflərimizin böyük bir hissəsinə çatmışıq.
Birincisi, izləyicilərimizi operativ xəbərlə təmin edirik. İkincisi, milli hədəflərimizə çatmışıq – Xankəndidə bayrağımız ucalır və bu xəbəri çatdırmışıq. Üçüncüsü, insanların istəklərini, problemlərini saytımızda işıqlandıra bilirik. Bu yolda mənə dəstək olan komandama, dostlarıma və dövlətimə minnətdaram. Arzu edirəm ki, "Tribuna" həmişə xalqın və dövlətin tribunası olsun”.
Mia.az-ın kollektivi jəmkarlarımızı təbrik edir, işlərində uğurlar arzulayır!