BMT-nin Azərbaycandakı Nümayəndəliyi "Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində oktaybrın 4-də Bakıda - bulvarda yürüş keçirəcək.

Bu barədə nümayəndəlikdən Mia.az-a verilən məlumata əsasən, "İqlim Fəaliyyəti üçün Yürüş" adlı simvolik 1,5 kilometrlik yürüş Dənizkənarı Milli Park boyunca nəzərdə tutulub: "Bu, iqlim dəyişikliyinə qarşı birgə fəaliyyətin əhəmiyyətini vurğulamaq, qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq üçün kollektiv səyləri dəstəkləmək məqsədi daşıyır".

Tədbir saat 09:00 – 11:50 aralığında olacaq: "COP29 Məlumat Mərkəzindən başlayaraq Xalça Muzeyinə qədər planlanan yürüşdən əvvəl COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva çıxış edəcək".

Samir

MİA.AZ