"Sabah Misli Premyer Liqasında ilk dövrənin son turuna start veriləcək. 9-cu həftənin mərkəzi görüşü Masazırda “Sabah” ilə “Araz-Naxçıvan Peşəkar Futbol Klubu” arasında olacaq. Fikrimcə, turun ən prinsipial oyunu məhz budu. Qonaq komanda qələbə qazanarsa, birinci pilləyə yüksələcək və bu halda Masazır təmsilçisi rəqibindən 5 xal geri düşəcək".

Mia.az xəbər verir ki, bu sözləri Matc.az saytının Baş redaktoru İxtiyar Əsgərov sosial media hesabında yazıb.

O iddia edib ki, incə bir statistika meydan sahiblərinin işinin çox çətin olacağını göstərir: "Matçın baş hakimi Cavid Cəlilov “Araz-Naxçıvan”ın faktiki rəhbəri Zaur Axundovu bir işarəsindən anlayır. O, dostlarının ikinci pillədə qalması, ən azından “Sabah”la arada olan 2 xallıq fərqi saxlamaq üçün nəsə fikirləşəcək. VAR hakimi olacaq Rauf Cabbarov da qonaqlar üçün qardaş sayılır. 

Maraq üçün bir faktı da vurğulayaq ki, Cəlilov təyinat aldığı oyunlarda “Araz-Naxçıvan” 10 xalı bayram edib. 

“Araz-Naxçıvan” - “Şamaxı” – 1:0

“Neftçi” - “Araz-Naxçıvan” -  1:1

“Sumqayıt” - “Araz-Naxçıvan” - 0:1

“Araz-Naxçıvan” - “Kəpəz” - 1:0

Mənim bu oyuna proqnozum: X2".

Fərid ASLAN

MİA.AZ