əsimi rayonu Mir Cəlal 10 ünvanında yerləşən binaları həşəratlar basıb.

Bu barədə Bizim.Media-ya həmin ünvanda yaşayan sakinlər şikayətləniblər. Sakinlərin sözlərinə görə həşaratların gəzişdiyi bütün ərazilərə xüsusi dərmanlar vurulub və dezinfeksiya edilib. Amma nəticəsi olmayıb.

Bu olaydan sonra sakinlər təşvişə düşüb. Xeyli müddətdir ki, eyni mənzərə ilə qarşılaşdıqlarını deyən sakinlər artıq evlərə doluşan tırtıllarla heç cür mübarizə apara bilmədiklərindən gileyləniblər. Bu azmış kimi ərazi üzrə aidiyyəti qurumlar da problem qarşısında aciz qalıblar.

Məsələ ilə bağlı Nəsimi rayonu, 77 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşı Flora Rəhimova Bizim.Media-ya bildirib ki, bu qurdlar Tut ağaclarından düşüb:

“Tut ağacları olan bütün əraziləri hazırda tırtıllar basıb. Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinə də xəbər edilib. Onlar da fotolarını çəkib aparıblar, amma hələ ki, heç bir tədbir görülməyib. “JEK” ona heç nə edə bilmir. Işçilərimiz sakinlərin şikayətinə əsasən dəfələrlə gedib ərazini dərmanlayıblar, amma xeyri olmayıb. Bir həftədir bu problem var, getdikcə çoxalır. Əlimizdən başqa heç nə gəlmir”, - deyə qurum rəsmisi əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Yasamaldan oxşar şikayətlər yayılıb. Çoğrafiya İnstitutundan bildirilib ki, bu qurdların yayılmasının qarşısı alınmasa, Bakıdakı ağacları böyük təhlükə gözləyəcək: "Bunlar çox sürətlə çoxalır..."

MİA.AZ