Oktyabrın 2-si Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan R.B-nin (şərti) almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon Prokurorluğundan Mia.az-a verilən xəbərə görə, araşdırmalarla yetkinlik yaşına çatmayan K.N-nin (şərti) rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət yetirməsi nəticəsində R.B-nin (şərti) müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, K.N (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

Bakıda məktəbdə bıçaqlanma hadisəsi baş verib.

Hadisə Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbin 10-cu sinif şagirdi 2008-ci il təvəllüdlü A.S (şərtidir) D. N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi il cinayət işi başlanılıb(Report).

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a bildirib ki, cinayət əməlini törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

MİA.AZ