UEFA Avropa Liqasının ikinci turunda bu gün “Beşiktaş” doğma meydanında Almaniyanın “Ayntraxt Frankfurt” komandası ilə gücünü sınayacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunla bağlı "Beşiktaş"ın baş məşqçisi Covanni van Bronkhorst Ümraniye Nevzat Demir Təsislərində təşkil olunan mətbuat konfransında iddialı danışıb.
O, ilk oyunda səfərdə “Ayaks”a 4:0 hesablı məğlubiyyətdən sonra bu matçda mütləq qalibiyyətə ehtiyacları olduğunu deyib: "Təbii ki,öz meydanımızda oynamaq daha asandır, tərəfdarlarımız arxamızdadır. Bu gün də qalib gəlmək üçün oyun başlayandan sonunadək dayanmadan mübarizə aparmalıyıq".
Covanni van Bronckhorst "Ayaks" matçına sürpriz heyətlə çıxdıqları ahqda deyilənlərlə razılaşmayıb: "Əsas məsələ oyuna necə hazırlaşmağınızdır. Bəzən kiçik zədələr olur, bəzən hazırlıq üçün günlər lazım olur. Komandanın ən yaxşı heyətini hazırlamaq üçün oyunçularla təkbətək görüşürəm, Masuaku, Onur və Svensson da heyətə dönür. Bazar ertəsindən sonra yaxşı məşq edən futbolçulara üstünlük verdik. Əslində, mənim üçün təəccüblü 11-lik deyildi. Təəssüf ki, orada istədiyimiz nəticəni ala bilmədik, amma sonra analiz etdik".
Baş məşqçi 2021-2022 mövsümündə "Reyncers"in sükanı arxaslnda olarkən UEFA Avropa Liqasının finalında penaltilərlə “Ayntraxt Frankfurt” uduzması haqda suala da cavab verib: "Əlbəttə, mənim "Frankfurt"la bağlı keçmiş xatirəm var. Finalda oynadıq vı uduzduq. Belə şeylər futbolda olur, amma mən uduzduğumdan daha çox qazanmışam. İndi də hər matçda qalib gəlmək istəyirəm..."
Xatırladaq ki, oyun Bakı vaxtilə saat 23.00-da oynanılacaq. Matçı TRT 1 canlı yayımlayacaq.
Fərid ASLAN
MİA.AZ