Türkiyənin birinci liqasında oynayan “Sakaryaspor”da yeni baş məşqçi təyinatı olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubun başına tannmış baş məşqçi Məsut Bakkal gətirilib.
Bu barədə klub da açıqlama yayıb. Bildirilib ki, Suat Kayanın istefaya göndərilməsindən sonra boşalan posta Məsut Bakkal təyin olunub: "Klubumuz baş məşqçi Məsut Bakkalla anlaşıb. Xoş gəldiniz, Mesut Bakkal".
Açıqlamada anlaşmanın detallarına toxunulmayıb.
Fərid
MİA.AZ