Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb
Mia.az xəbər verir ki, sərəncama əsaəsn, Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilib.
Buna səbəb onun ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatı əsas götürülüb.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası (MR) Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov 2023-cü yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Sabiq xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.
T.Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.