Türk iş adamlarının sərmayə qoyduğu və məşqçi vəzifəsinə tanınmış sabiq futbolçu Mehmet Topalın təyin olunduğu Rumıniyanın "Petrolul Ployeşti" komandası "batır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ciddi maliyyə sıxıntları yaşayan klub artıq futnbolçu və məşqçilərin maaşını da ödəyə bilmir.
Rumıniya mətbuatı yazır ki, artıq 4 aydır futbolçular maaş üzünə həsrət qalıb: "Klub idarəçilər onlara hər dəfə "tezliklə həll olunacaq" vədi versə də, sözlərinə əməl etməyiblər. Üstəlik, klubun başqa sahələr üzrə borcları da artıb".
Xatırladaq ki, türk iş adamlarının klubu satın almasından sonra Mehmet Topalın çaışdırdğı koomanda 11 oyuna 18 xal toplayaraq 4-cü pillədə qərarlaşıb.
Fərid Aslan
MİA.AZ