Akademik Telman Əliyev süni intellekt, rəqəmsal inkişaf və innovasiya məsələləri üzrə AMEA prezidentinin müşaviri təyin olunub.
Mia.az xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri və Yer Elmləri bölmələrinin “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş “Yaşıl enerji və süni intellekt” mövzusunda keçirilən birgə iclası zamanı bildirib.
O əlavə edib ki, onunla yanaşı, akademik Adil Qəribov texnologiya, akademik Yaqub Mahmudov ictimai elmlər, akademik Möhsün Nağısoylu isə dilçilik və şərqşünaslıq məsələləri üzrə AMEA prezidentinin müşaviri vəzifələrinə təyinat alıblar.
MİA.AZ