Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının katibi, Audit şöbəsinin müdiri İlham Aslan vəzifəsindən azad edilib.

Mia.az unikal-a istinadla xəbər verir ki, bu barədə AHİK sədri Sahib Məmmədov əmr imzalayıb.

Hələlik İlham Aslanın yerinə təyinat yoxdur.

Qeyd edək ki, İ.Aslan Azərbaycan müdafiə nazirinin sabiq müavini — Əlahiddə Ümumqoşun Ordusunun sabiq komandanı general-polkovnik Kərəm Mustafayevin bacısı oğludur.

Yeri gəlmişkən, yeni sədr bir neçə gün əvvəl keçmiş sədr Səttar Mörhbalıyevin xanımı Böyükxanım Mirzə qızı Möhbalıyeva (AHİK-in Beynəlxalq əlaqələr departamentinin rəhbəri olub - MİA.AZ) vəzifəsindən azad edilib. Onunla yanaşı, sabiq sədrin daha bir neçə qohumu işdən uzaqlaşdırılıb.

Bununla yanaşı, Sahib Məmmədov dünən S.Möbalıyevin yerlisi - AHİK-in Audit şöbəsinin müdir müavini Orxan Həbibbəyli də vəzifədən azad edib.

Məlumat üçün qeyd edək kiOrxan Həbibbəyli də AMEA prezidenti İsa Həbibbəylinin qardaşı oğludur.

Xəbərdə o da deyilir ki, AHİK-ni vəzifəli şəxslərin qohum-əqrabalarından "tmizləyən" yeni sədr yavaş-yavaş öz yaxın ətrafını da AHİK-ə toplayır. artıq o, özünə yeni götürdüyü müşavir Cəmaləddin Quliyevin "təftişi" ilə daha geniş kadr islahatına başlayacağının siqnallarını verməyə başlayıb.

Samir MUSAYEV

MİA.AZ