Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İzmirdə keçirilən əməliyyatla daha 12 şübhəli saxlanılıb.

İzmir Prokurorluğundanverilən məlumata görə, onlar şifrəli “ByLock” kommunikasiya proqramının istifadəçiləri olmaqla yanaşı, "təşkilat"ın bank əməliyyatlarında mühüm rollar oynayıblar: "Hazırda bu cinayət işi üzrə daha iki nəfərin isəa xtarışı davam edir".

Firudin Səfərli

MİA.AZ