UEFA Konfrans Liqasının ilk həftəsinin "pərdə"si sabah açılır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, açılış günü Türkiyəni təmsil edən və azərbaycanlı azarkeşlərin də diqqətində olan "RAMS Başakşehir" saat 18.30-da Avstriyanın "Rapid Wien" komandasını qəbul edəcək. 

Sabah keçiriləcək və eyni vaxtda başlayacaq digər oyunda isə Portuqaliyanın "Vitoriya" komandası Sloveniya təmsilçisi "Selje" ilə "döyüşəcək".

Qalan oyunlar isə 3 oktyabrda keçiriləcək: 

20.45 Mölde-Larn

20.45 Legiya Varşava - Real Betis

20.45 Haydenhaym-Olimpiya

20.45 Omonoya-Vikinqur

20.45 Astana-TSC

20.45 Cercle Bruge-St. Gallen

20.45 "Dinamo Minsk- Hearts 

20.45 Noa-Mlada Boleslav

23.00 Çelsi-Gent

23:00 Kopenhagen-Yagelloniya

23.00 Fiorentina - The New Saints

23.00 LASK-Djurgarden

23:00 "Şemrok Rovers" - APOEL

23.00 Luqano-Helsinki

23.00 Petrokub-Pafos

23:00 Borak-Panatinaikos

Fərid ASLAN

MİA.AZ