İsrail ordusu Livan ərazisinin qurudan hücum həyata keçirdiyii rəsmən elan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusunun məlumatına görə, sərhəd bölgəsində Hizbullah hədəflərinə qarşı məhdud, lokal və "nöqtə əməliyyatları"ı gecədən başlayıb.

Ordudan bildirilib ki, əsas hədəf sərhədə yaxın kəndlərdə yerləşən və İsrailin şimalındakı yaşayış məntəqələri üçün təhlükə yaradan Hizbullah ünsürlərini məhv etməkdir.

Xəbərdə deyilir ki, quru qoşunlarına Hərbi Hava Qüvvələri və artilleriya birləşmələri güclü dəstək verir: "Əməliyyatlar ölkənin siyasi rəhbərliyin tapşırığı ilə həyata keçirilir. “Şimal oxları” əməliyyatı Qəzza və digər bölgələrdəki əməliyyatlarla paralel aparılacaq".

Yayılan məlumata görə, quru qoşunları hücuma keçməzdən əvvəl artilleriya bölmələri 2 saat ərzində Livanın cənubunda Əl-Vezzani, Əl-Hiyam və Marcayuda "daşı daş üstə qoymayıb": "İsrail döyüş təyyarələri isə ilk əvvəl Kevkebe-Marcayun avtomobil yolunu bombalayaraq magistral yolu nəqliyyata bağlanıb. Ardiycan isə qoşunlar sərhəddəki Ayta əş-Şaab qəsəbəsinə daxiil olublar. Bununla yanaşı, İsrail döyüş təyyarələri də paytaxt Beyrutda intensiv alçaq uçuşlar həyata keçirib və Dahiyə bölgəsinə ən azı 8 zərbə endirib. Eyni zamanda, Livanın cənubundakı Sidon şəhərindəki Ayn əl-Hilva Fələstinli Qaçqınlar Düşərgəsi də bombalanıb. Orada bombalanan evlərdən biri də "Əqsa Şəhidləri Tuqayları"nın komandiri və Livandan məsul Münir əl-Məkdənin olub".

Xarici media orqanları yazır ki, İsrail Livan və Fələstinlə də yetinməyib.

Yayılan məlumata görə, gecəyarısı İsrail aviasiyası Livanın paytaxtı beyrutla yanaşı, Suriya paytaxtı Dəməşq və İraq paytaxtı Bağdadı da eyni anda vurub: "İsrail 3 ölkə, 3 paytaxt və onlarla silahlı qruplaşma ilə eyni anda çox kritik savaş elanı edib...".

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller İsrailin Livana qurudan hücummu ilə bağlı ABŞ-ı məlumatlandırdığını təsdiqləyib.

Lamiyə Əhmədli
MİA.AZ