Vəkilliyə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün müraciətlər yeni qaydalara uyğun olaraq yalnız elektron formada həyata keçiriləcək.

Mia.az Vəkillər Kollegiyasına istinadla xəbər verir ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı tələblərə cavab verən namizədlər ixtisas imtahanının test mərhələsində iştirak üçün yalnız elektron qaydada müraciət edəcəklər:

"Müasir imkanlar nəzərə alınmaqla, namizədlərin sənəd qəbuluna çatımlılığının artırılması məqsədilə tətbiq olunan yeni qaydalara əsasən, elektron sənəd qəbuluna 01.10.2024-cü il tarixdən start veriləcəkdir. Müraciət üçün Kollegiyasının rəsmi internet səhifəsi vasitəsilə “Vəkilliyə qəbul” bölməsinə ( https://barassociation.az/candidate-login ) daxil olmaqla açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid edilməlidir.

Qeyd olunub ki, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunan razılığa əsasən, yaxın zamanda baş tutacaq test imtahanının tarixi ilə əlaqədar əlavə məlumat vəriləcək