“Qalatasaray”ın keçmiş vitse-prezidenti, "NEF İnşaat" şirkıtinin sahibi Erden Timur 2 gün əvvəl Nyu Yorkda saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Federal Təhqiqatlar Bürosu (FTB) TB tərəfindən rüşvətlə bağlı aparılan istintaq çərçivəsində dindirilib: "Erden Timur ona qarşı irəli sürülən ittihamları rədd edib. Daha sonra isə o, sərbəst buraxılıb".
Məsələ ilə bağlı Türkiyənin “Sözcü” telekanalına açqlama verən Erden Timur ona qarşı irəli sürülən ittihamları təkzib edib.
İddiaların əsassız olduğunu deyən Timur bildirib ki, iş üçün ABŞ-da olarkən New York Bələdiyyə başçısı Erik Adamsa ianə edib-etməməsi barədə ondan sual ünvanlayıblar: "Bizim bunu edib etmədiyimizi soruşdular. Vəssalanm. Heç vaxt saxlanılmamışam".
Fərid Aslan
MİA.AZ