İspaniya La Liqasında Madrid derbisi sayılan matçda “Atletiko Madrid” “Real Madrid”ı qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “Real Madrid” 64-cü dəqiqədə Eder Militaonun qolu ilə hesabda önə çıxıb - 0:1.

68-ci dəqiqədə isə meydan sahiblərinin azarkeşləri tərəfindən meydana atılan əşyalar səbəbindən matç 20 dəqiqə dayandırılıb, oyunçular paltardəyişmə otağına göndərilib. 

20 dəqiqədən sonra oyun qaldığı yerdən başlayıb.
 
Meydan sahibi 90+5-ci dəqiqədə  Angel Korreain qolu ilə məğlubiyyətdən son anda xilas olub - 1:1.

Beləlikə, oyun bərabər hesabla başa çatıb - 1:1.

Qeyd edək ki, "Atletiko Madrid"də  Markos Llorente 90+9-cu dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Onu da qeyd edək ki, "Real"də forma geyinən türkiyəli futbolçu Arda Gülər ​​ehtiyatda olub.

Bu nəticədən sonra "Real Madrid" 18 xalla ikinci pillədəki mövqeyini qoruyub, üçüncü pillədəki "Atletiko Madrid" isə xalını 16-ya yüksəldib.

Fərid Aslan
MİA.AZ