İsrail ordusu Yəməndə Husilərin nəzarətində olan Hudey şəhəri və limanını bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Husilərə məxsus “Əl-Mesirah” televiziya kanalı məlumat yayıb.

Bildirilib ki, İsrail döyüş təyyarələri Yəmənin qərbindəki Hudeydə şəhərini hədəfə alıb: "İsrail ordusu Hudeyda şəhərində elektrik stansiyasını və limanı bombalayıb. Nəticədə limanda böyük yanğın başlayıb".

İsrail ordusu hücumu təsdiqəyib. Qeyd edilib ki, döyüş təyyarələri Yəməndə Ras İsa və Hudeydə bölgələrində husi mövqelərinə ağır zərbələr endirib: "Bu, husilərin İsraili hədəf alan hücumlarına cavab xaarkterli olub. Hücumla limandan İrana məxsus hərbi maşın və materiallar da məhv edilib".

İsrailin "Kanal 12" televiziyası Hudeyda limanında neft tankerlərini vurulduğu haqda görüntü yayıb.

Tahir Şəlvəli

MİA.AZ