Türkiyə Super liqasının 7-ci turunda qonaq olduğu Arda Turanın baş məşqçilik elədiyi "İkas Eyüpspor"a 3:2 hesabı ilə uduzan "Qaziantep FK"nın çalışdırıcısı Səlcuq İnan oyunan sonra jurnalistlərə açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qarşılaşmaya yaxşı başladıqlarını bildirən İnanın sözlərinə görə, rəqibi yaxşı analiz ediblər: "Təhlil və oyun sistemimiz doğru idi. İlk hissədə 1-1 hesabı ilə soyunub-geyinmə otağına yollandıq, amma daha çox qol vura bilərdik. Deyə bilmərəm ki, yaxşı oynadıq. İkinci hissədə buraxdığımız qollardan sonra isə toparlana bilmədik...".

Selcik İnan deyib ki, məsuliyyəti öz üzərinə götürür: "Mən məsuliyyəti öz üzərimə götürürəm, pis oynadıq. Amma oyunçularımdan da eyni şeyi gözləyirəm, onlar da məsuliyyətini anlamalıdırlar. Çünki bilirəm ki, bundan daha yaxı oynamaq potensialına sahibdirlər. Uduzduğumuz üçün çox təəssüflənirəm..."

Fərid Aslan

MİA.AZ