İrandan mədəsində narkotik gətirən şəxs hava limanında tutulub

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Samsun hava limanında baş verib.

Məlumata görə, İrandan Samsun hava limanına gələn İran əsilli Mətin M.-nin mədəsindən  torbaya bükülmüş ümumilikdə 10 ədəd bükülüdə 191,18 qram narkotik vasitə aşkarlanıb: "Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyinin əməkdaşları İrandan Ankara Esenboğa Hava Limanına, oradan isə Samsun Çarşamba Hava Limanına uçan İran əsilli Mətin M.-nin narkotik vasitə daşıdığını müəyyən edib. Təqib edilən şübhəli Samsuna enərkən polis qrupları tərəfindən saxlanılıb. Xəstəxanaya aparılaraq orada tomoqrafiyasından keçən şübhəlinin mədəsindən 10 ədəd çantaya bükülmüş 191,18 qram metamfetamin aşkar edilərək götürülüb".

Məlumata görə, iranlı haqda həbs qətimkan  tədbiri seçilib.

Firudin Səfərli

MİA.AZ