Bakının Xətai rayonunda baş verən güclü yanğınla bağlı "Xəzər" TV-də təxliyə işləri həyata keçirilir.

Bu barədə "Xəzər" TV-də çalışan aparıcı Vüsalə Əlizadə məlumat yayıb. O, hadisə yerindən görüntü paylaşaraq əməkdaşların televiziya binasından təxliyə edildiyini bildirib.

Bu boya sexində partlayış təhlükəsi riskinə görə edilib.

Xatırladaq ki, bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yanğınla bağlı çağırış daxil olub.

Bu barədə TƏBİB-də mətbuat xidmətindən məlumat verilib. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib./BAKU.WS