Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daşkəsən rayon şöbəsinin rəisi mayor Anar Əsgərov Hərbi Prokurorluq tərəfindən həbs olunub.
Mia.az “Bizim.media”ya istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə şübhəli bilinərək azadlıqdan məhrum edilib.
Anar Əsgərov təkrar rüşvət almaqda ittiham olunur.