Türkiyə Futbol Federasiyası (TFF) mart ayından köməkçi məşqçi vəzifəsində çalışan keçmiş "Fənərbağça"lı futbolçu Gökhan Gönülü gənclərdən ibarət milli komandanın baş məşqçisi təyin edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə TFF məlumat yayıb.

TFF-nin vitse-prezidenti Ceyhun Kazancı bildirib ki, yeni vəzifəsində Gökhan Gönülə inam böyükdür: "Gökhan Gönül futbolçu kimi beynəlxalq təcrübəsi, uzaqgörən baxışı və futbolla bağlı fikirləri ilə bu vəzifəni öhdəsinə götürmək üçün doğru adam idi. Ona yeni vəzifəsində uğurlar arzu edirik".

Gökhan Gönül isə yeni vəzifəsinin böyük məsuliyyət tələb etdiyni deyib: "Futbol karyeramda qazandığım beynəlxalq təcrübəni və bir çox yerli və xarici məşqçidən öyrəndiklərimi burada tətbqi etməyə çalışacağam".

Xatırladaq ki, 66 dəfə Milli Komandanın formasını geyinən Gönül 2016-cı il Avropa Çempionatının finalında mübarizə aparan komandanın heyətində də yer alıb. Futbolçu karyerasına “Bursa Yolspor”da başlayan və peşəkar olaraq “Gənclerbirliği”, “Gençlerbirliği ASAŞ”, “Gənclerbirliği OFTAŞ”, “Fənərbağça”, “Beşiktaş” və “Çaykur Rizespor” klublarında çıxış edən Gökhan Gönül hələ də Super Liqa tarixində ən çox oyun keçirən futbolçular sırasındadır.

Fərid Aslan
MİA.AZ