Bu gün Avropa Liqasının Liqa mərhələsinin ilk turuda "Qarabağ" səfərdə 35 dəqiqə gecikməylə "Tottenhem"lə meydanda "döyüş"ə çıxıb.
Mia.az xəbər verir ki, Londonda tıxac səbəbindən 35 dəqiqə gec başlayan oyunun 7-ci dəqiqəsində ingilis komandasının futbolçusu Radu Drequşin Juninyoya qarşı kobud oyuna görə qırmız kartla meydandan qovulub.
Bundan 5 dəqiqə sonra isə 10 nəfərlə oynayan "Tottenhem" hesabı açıb.
Brennan Conson"Qarabağ"ın qapısına yol tapıb - 1:0.
53-cü dəqiqədə ingilislər daha bir qol vurub - 2-0.
58-ci dəqiqədə isə "Qarabağ" penalti qazanıb. Lakin Toral Bayramov penaltini qola çevirə bilməyib. O, topu yana vurub.
68-ci dəqiqədə "Tottenhem" fəqri artırıb - 3:0
Oyun bu hesabla başa çatıb.
Fərid Aslan
MİA.AZ