Paytaxtın Xətai rayonu Əhmədli metrostansyasının çıxışında səkidə obyekt tikilib.
Bu barədə əraziə yaşayan sakinlər şikayət edib.
Bildirilir ki, əvvəllər 4 metr eni olan səki indi cəmi 80 sm qalıb. Bununla da piyadaların hərəkəti çətinləşib.
Qeyd edək ki, bu ciddi qanun pozuntusudur. Həmçinin insanların həyatını təhlükəyə atır.
Mia.az Avtosfer.az-a istinadla fotoları təqdim edir.
Yeri gəlmişkən, Rafiq quliyev Xətainin icra başçısı təyinatından sonra bu rayonda qanunsuz tikintilərlə bağlı şikayətlərin ardı-arası kəsilmir.