Dünən istanbulda xəstəxanada vəfat edən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (əvvəlki adı "Azərsu" ASC) rəhbəri Köçərli Həsənov bu gün Bakıda dəfn olunub.
Mia.az xəbər verir ki, bu gün saat 11.00-da onunla Heydər məscidində vida mərasimi keçirilib.
Daha sonra o, Bakıdakı "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Xatırladaq ki, K.Həsənov ürəyindən bir neə dəfə əməliyyat olunub.
Sonuncu dəfə o, İstanbuldaa ürəyinə növbəti stend qoydurmaq istəyib. Lakin əməliyyatdan əvvəl dünyasını dəyişib.
Qeyd edək ki, K.Həsənov 1961-ci ildə Saatlı rayonununƏlisoltanlı kəndində anadan olub.
Allah rəhmət eləsin!
Samir Musayev
MİA.AZ