"Qalatasaray"ın baş məşqçisi Okan Buruk UEFA Avropa Liqasında PAOK-a 3:1 hesabı ilə qalib gəldikləri oyundan jurnalistlərə açıqlamalar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Okan Buruk son vaxtlar komanda daxilində guya "fırtınalar əsdiyi" haqda yayılan xəbərlərə toxunub.
O qeyd edib ki, əslində, komandada hər şey yüksək səviyyədə davam edir: "Kənardan klubda fırtına qopan kimi görünsə də, inanın, daxildə özümüzə inamımız çox yüksəkdir. Həqiqətən də, Florya heç vaxt belə dedi-qodulardan təsirlənmədi. Transfer müddəti bitincə, problemlər avtomatik həll olunur. Oynadığımız oyun ümumiyyətlə zövqlü oyundur. Düşünürəm ki, bu, futbolçuların da xoşuna gəlir".
Oyunda və oyunda daha aktiv olan Yunus Akgün və Osimhenlə bağlı suala cavab verən Okan Buruk bildirib ki, hər iki futbolçu çox istedadlıdırlar: "İlk olarq Yunus haqda deyim ki, o, çox istedadlıdır və bunu göstərməsini gözləyirdik. Nəhayət, ortaya gücünü və istedadını qoydu. Şükürlər olsun ki, yaxşı gedir. Osimhenə gəldikdə, o, yalnız qol vurmağa diqqət yetirsəydi, əslində, çox fərqli bir şey olardı. O, həm də qol vurmağı və ötürmən verməyi də, komandaya hıər mənada yardım etməyi də xoşlayır. Oyunda çox mübarizə aparır. Bu, oyunçular bizə çox yaraşırdı. Onun bizimlə olması çox gözəldir, bizi çox sevindirir".
Fərid Aslan
MİA.AZ