Türkiyədə daha kriminal qruplaşma çökəldilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, Ahmet Tanyelin liderlik elədiyi “Yılmazlar” mütəşəkkil cinayət təşkilatına qarşı mərkəzi Muğla olmaqla, 4 şəhərdə eyni anda uğurlu əməliyyat keçirilib.
Nazir bildirib ki, Muğla, Trabzon, Antalya və İzmirdə "kök atan" bu kriminal dəstənin 14 əsas şəxsi qandallanıb: "Onlar cinayətkar qruplaşma yaratmaqda, qəsddən yaralama, narkotik vasitələrin və stimullaşdırıcı maddələrin istehsalı və ticarəti, talama və sair cinayətlərdə ittiham olunurlar".
Məlumata görə, saxlanılanların üzərində qanunsuz silahlar, müxtəlif miqdarda narkotik vasitə, çoxlu sayda mobil telefon götürülüb.
Firudin Səfərli
MİA.AZ