Məşhur futbol şərhçisi Rıdvan Dilmen Superliqa ilə bağlı maraqlı açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözlri "HT Spor"a məşhur futbol şərhçisi Rıdvan Dilmen deyib.

O, Türkiyə liqasının çox zəif omasını etiraf edib: "Liqalarda pley-offa nifrət edirəm. Bəli, bu sistem zəif liqalar üçündür, amma təəssüf ki, bizim də liqamız çox zəifdir. Bunun belə olmasını istəmirəm. İmkanım, səlahiyyətlim olsa, bu sistemi heç vaxt tətbqi etmərəm. Ancaq artıq bu qaçılmaz haa gəlib. Siz indiyədək 99 xalla çempion olmayan komanda görübsüz? Tariximizdə belə hal yoxdur. Ancaq ötən mövsüm bu Türkiyı liqasında yaşandı. Zatən, indi də liqanın ilk 3 və 4-lüyü bəllidir. Məncə, bu mövsüm ilk üçmlük belə olacaq: "Fənərbağça", "Qalatasaray", "Beşiktaş". İlk 3-lük bəllidir, deyilmi? Sentyabr hələ bitməyib, ancaq indidən hər kəs bunu bilir. Məncə, 4-cülük də bəllidir: "Trabzonspor"un 4-cü olacağını görmək möcüzəli bir proqnoz deyil".

Fərid

MİA.AZ