"Adanaspor"da yeni baş məşqçi təyinatı olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Məlumata görə, liqada son 6 matçda cəmi 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət alan klubun sükanı arxasına Kamal Kılıç gətirlib: "Ona yeni vəzifəsində uğurlar arzulayırıq...".
Xatırladaq ki, komandanın mövsüm başlayanda baş məşqçisi olan Sol Bamba qəfil vəfat edib. Bundan sonra komandanın başına Fransua Çiççolini keçsə də, o da uğur qazana bilmədiyindən istefaya göndərilib.
Fərid Aslan
MİA.AZ