UEFA Avropa Liqasının ilk matçında "Union Saint"i qəbul edən "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo sabahkı oyunla bağlı mətbuat konfransı keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, karyerasında 24 ili geridə qoyduğunu və heç vaxt jurnalistlərin suallarından qaçmadığını bildirən Mourinyonun sözlərinə görə, "Qalatasaray"la derbidən sonra brifiqə gəlməməsi barədə sualdan məmnundur: "Bu sualın verilməsinə sevindim. 24 illik futbolçu karyeramda Heç vaxt mətbuat konfransından qaçmamışam, xüsusən də məğlubiyyətdən sonra. Jurnalistlərdən, onların suallarından qorxmuram. Lakin Liqada mətbuat konfransı üçün 75 dəqiqə gözləməyin mənası yox idi. Bəli, mən mətbuat konfransına getdim, qapıda gözlədim, amma içəri girməyə icazə vermədilər. Başa düşürəm ki, ilk olaraq qonaq komandanın məşqçisi girir və burada hər iki komanda İstanbul komandasıdır. Başqa bir şəhərdən gələnləri anlayıram, amma o gün 70 dəqiqə gözlədim və Rizədə olduğum kimi yenə də girə bilmədim. 70 dəqiqə gözləmək hörmətsizlikdir. Siz jurnalistlərə hörmətsizlik edildiyini düşünürsünüzsə, xeyr. Bu, mənə hörmətsizlik idi".
İrfan Can Kahvecinin sabah ilk 11-də oynayacağını qeyd edən Mourinyo sabahkı oyuna qalibiyyət üçün çıxacaqlar.
Fərid
MİA.AZ