Azərbaycanda kolbasa istehsal edən şirkətdə bədbəxt hadisə baş verib.
Mia.az lent.az-a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində fəaliyyət göstərən "Ay-min" MMC-də (kolbasa şirkəti) qeydə alınıb.
Orada işləyən, Lənkəran rayon sakini, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi elektrik cərəyanı vuraraq öldürüb.
Modern.az-ın məlumatına görə isə o, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qardaşıdır.
Hadisənin dünən baş verdiyi qeyd edilir.
Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
MİA.AZ