İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (əvvəlki adı "Azərsu" ASC) rəhbəri Köçərli Həsənov vəfat edİb.
Mia.az xəbər verir ki, onun ürəyində ciddi problem varmış.
Məlumata görə, o, İstanbula müayinə və əməliyyat üçün gedibmiş.
Lakin həkimlərin səylərinə baxmayaraq, ötən gecə onun həyatını xilas etmək mümkün olmayıb.
Mia.az-ın əldə etdiyi məlumata görə, onun nəşi bu gün Bakıya gətiriləcək.
Məlumatı Xidmətdən Mia.az-a təsdiqləyiblər.
Qeyd edək ki, K.Həsənov Saatlı rayonunda anadan olub.
Allah rəhmət eləsin!
Samir Musayev
MİA.AZ