Alimlər “Xəyaləta köpəkbalığı”nın yeni növünü aşkarlayıblar.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yeni Zelandiya mediası məlumat yayıb.
Məlumata görə, Yeni Zelandiyanın Milli Atmosfer və Su İnstitutunun alimləri ölkənin cənub adasının təxminən 1000 kilometr şərqindəki Chatham Rise bölgəsində yeni bir balıq növü kəşf edib.
Tədqiqatçılar "Harriotta avia" adlanan və nadir "xəyalət köpəkbalığı" növünə aid olan bu yeni balığın digər növlərdən fiziki və genetik cəhətdən fərqli" olduğunu bildirib. İnstitutun araşdırmaçısı Brit Finuçinin sözlərinə görə, yüz milyonlarla ildir mövcud olduğu düşünülən bu yeni tapılan balıq qığırdaqdan, iri gözlərdən və üzgəclərdən ibarət quruluşa malikdir: "Maraqlıdır ki, bu yeni "köpək balığı"ı da əksər balıqlardan fərqli olaraq pulcuqsuzdur. Təxminən 2600 metr dərinlikdə okean dibində yaşayan "xəyalət köpəkbalığı"nın insanların qarşılaşma ehtimalı çox azdır, demək olar ki, yoxdur. Bu səbəbdən onların insana hücum edib-etməyəcəyini haqda nəsə demək mümkün deyil. Dərinliyə görə, yaşadıqları yerdə onları öyrənmək və izləmək çox çətinləşdirir. Bıli, onlar haqqında çox şeyləri bilmirik".
Samir MUSAYEV
MİA.AZ