Ötən gün Maykl Valkanislə yollarını ayıran "Adana Dəmirspor"un prezidenti Murat Sancak yeni məşqçi axtarışını davam etdirir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub prezidenti komandanın sükanı arxasına Volkan Dəmirəli gətirmək istəyir.

Məlumata görə, bu məqsədlə o, Volkan Dəmirəllə görüşüb: "Klub prezidenti Dəmirəllə anlaşmanın şərtləri barədə müzakirə aparıb. Yəqin ki, yaxın günlərdə rəsmi anlaşma elan olunacaq"

Xatırladaq ki, Dəmirəl bundan əvvəl “Karagümrük” və “Hatayspor”u çalışdırıb. 

Fərid Aslan

MİA.AZ