Serbiya Superliqasının 9-cu turunda "Partizan"ın doğma meydanında "Srvena Zvezda"ya 4:0 hesabı ilə məğlub olması azarkeşləri qəzəbləndirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, final fiti çalınan kimi, "Partizan"ın br qrup qəzəblıi azarkeşi soyunub-geyinmə otağına basqın ediblər: "Azarkeşlər orada şüşələri sındırıb, baş məşqçisi Aleksandar Stanojeviçi döyərək xəsarət yetiriblər".

Məlumata görə, olaydan sonra jurnalistlərin qarşısına sifət və boyun nahiyyəsindəki xəsarətlərlə çıxan baş məşqçi əzəli rəqibə 4:0 hesabı ilə məğlub olmalarının yaratdığı gərginliyi anlaşyışla qarşıladıqlarını deyib: "Bəlkə heç-heçə bitsəydi, brifinqə gəlməzdim, amma 4-0 uduzduğumuz üçün bundan qaçmamaq üçün gəldim. Qəzəbli azarkeşlər pəncərəni sındırdılar, bəzi şüşə qırıntıları mənə də dəydi, xəsarətlərim var. Ancaq inanın, mənə qarşı fiziki zor olmayıb...."

Serbiya mətbuatı isə baş məşqçinin yalan danşdığını, azarkeşlərin onu döydüyünü yazıb.

Xatırladaq ki, Partizan”ın baş məşqçisi Aleksandr Stanojeviç vaxtilə Türkiyənin “Konyaspor” komandasının da sükanı arxasında olub.

Fərid ASLAN

MİA.AZ