“Beşiktaş”ın UEFA Avropa Liqasında sentyabrın 26-da Hollandiya komandası “Ayaks”la səfərdə oynayacağı matçın hakimləri bəlli olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, matçı İngiltərə Futbol Federasiyasından Con Bruks idarə edəcək.
Bakı vaxtilə saat 23.00-da başlayacaq qarşılaşmada Con Bruksun köməkçiləri Simon Bennett və Daniel Robathan olacaq: "Matçın dördüncü hakimi Tim Robinson olacaq. Beşiktaş - Ayaks matçında VAR kürsüsündə Stuart Attwell, AVAR kürsüsündə isə Peter Bankes əyləşəcək".
Fərid Aslan
MİA.AZ