ABŞ-da təxminən 170 milyon istifadəçisi olan Çinə məxsus sosial media platforması "TikTok" Rusiyaya qarşı gözlənilməz addım atıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sosial media platforması Rusiyanın dövlət telekanalı olan RT və "Sputnik media" şəbəkəsinin hesablarını birdəfəlik qapadıb.

"TikTok"dan bildirilib ki, bu qərar adıçəkilən media orqanlarının səhifələrində ABŞ noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı yalan xəbərlər yayılması və bununla da seçiciləri yönəltmək məqsədi güdüldüyü üçün verilib.

Rusiya media orqanları bu qərarı media azadlığına zidd sayıb: "Bu qərar həm də böyük bir izləyici kütlənin doğru məlumat almaq hüququnu məhdudlaşdırdı".

Xatırladaq ki, bu hesablar Avropa İttifaqı və Böyük Britaniyada da məhdudlaşdırılıb.

Samir Musayev

MİA.AZ