Türkiyə Super Liqa təmsilçisi "Adana Dəmirspor"un baş məşqçisi istefaya göndərilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son 6 oyunda cəmi bir xal qazanan komandanın uğursuzluğu bu istefaya səbəıb olub.
Məlumata görə, klub istefa xəbərini təsdiqləyib. Bildirilib ki, avstraliyalı baş məşqçi Maykl Valkanis ilə qarşılıqlı razılaşma əsasınd ayolları ayrılıb: "Məşqçimiz Maykl Valkanislə yollarımızı ayırdıq. Valkanis və texniki heyətinə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq".
Fərid Aslan
MİA.AZ